Bank Of Baku

Britaniyanın enerji naziri Çarlz Hendri: «Nabucco» layihəsində siyasi qərarlardan mümkün qədər uzaq olmaq lazımdır»

Britaniyanın enerji naziri Çarlz Hendri: «Nabucco» layihəsində siyasi qərarlardan mümkün qədər uzaq olmaq lazımdır»
# 29 sentyabr 2011 14:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Nabucco» qaz kəmərinin inşası layihəsində siyasi qərarlardan mümkün qədər uzaq olmaq lazımdır. «APA-Economics»in məlumatına görə, bunu Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendri Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, kəmərin inşasında əsas məsələ kommersiya səmərəliyi ilə bağlı olmalıdır: «Layihənin icrasında siyasi qərarlardan mümkün qədər uzaq olub, iqtisadi baxımdan səmərəli qərarlara yaxınlaşmaq lazımdır».

Xəzər regionundan Türkiyə ərazisi ilə Avroraya qaz nəqlinin yeni mümkün marşrutuna (Türkiyə-Bolqarıstan-Rumıniya-Xorvatiya) gəldikdə isə, nazir qeyd edib ki, əsas prioritet marşrutun keçdiyi dövlətlərin hökumətlərinin dəstəyi, kommersiya baxımından səmərəlilik və ətraf mühitin qorunmasıdır.

Qeyd edək ki, APA İnformasiya Agentliyi bu günlərdə Xəzər regionundan Türkiyə ərazisi ilə qazın Avropaya nəqli üçün yeni marşrut üzərində iş aparılması barədə məlumat yayıb. Hazırda bu istiqamətdə həmçinin «Nabucco», TAP («Trans-Adriatic Pipeline») və ITGI (Türkiyə, Yunanıstan və İtaliya) layihələrinə baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR