Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə qazın verilməsi dayanıb.

Azərbaycanın şimal-qərb bölgəsinə qazın verilməsi dayanıb.
# 30 sentyabr 2011 06:56 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. Bölgə sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, bu gün təqribən saat 08:00-dan ölkənin şimal-qərb rayonlarına (Oğuz, Şəki, Qax, Zaqatala və Balakən) qazın verilməsi dayanıb.

Zaqatala Qaz İstismarı Sahəsində (QİS) APA-ya bölgəyə təbii qazın verilməsinin dayandırılması faktını təsdiqləyiblər. Buna səbəb olaraq Yevlax-Balakən magistral qaz kəmərindən Şəkidəki «Kərpic» MMC-nin qaz təchizatı sisteminin yenidən qurulması ilə bağlı aparılan işlər göstərilir. Bu səbəbdən beş rayona təbii qazın verilməsində müvəqqəti fasilə yaranıb. Günün sonuna kimi işlərin başa çatdırılacağı və bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR