Bank Of Baku

Avropa Komissiyası Avropa İttifaqının 18 üzvünü məhkəməyə verəcək

Avropa Komissiyası Avropa İttifaqının 18 üzvünü məhkəməyə verəcək
# 30 sentyabr 2011 07:48 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Komissiyası Avropa İttifaqının (Aİ) 27 üzvündən 18-ni məhkəməyə vermək qərarına gəlib.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, buna səbəb qaz bazarının liberallaşdırmaq üçün ölkələrə kömək kimi nəzərdə tutulan “üçüncü enerji paketi”nin şərtlərini onların yerinə yetirməməsidir.

Hələlik Aİ-nin hansı üzvlərindən söhbət getdiyi açıqlanmasa da, Böyük Britaniya, Fransa və İspaniyanı həm qaz, həm də elektrik bazarı üzrə araşdırmaların gözlədiyi, Almaniya, İtaliya və Polşanın isə yoxlamalara məruz qalmayacağı bildirilir.

Enerji bazarlarında rəqabətin gücləndirilməsinə yönəlmiş “üçüncü enerji paketi”nə əsasən, hasilatçı şirkətlər eyni zamanda bölüşdürücü və nəql şəbəkələrinə malik ola bilməzlər. Aİ bu sənədi 2009-cu ildə Rusiyanın “Qazprom” şirkətindən asılılığı azaltmaq məqsədilə qəbul edib. Lakin indiyədək bir çox Aİ ölkələrinin qanunvericiliyi “üçüncü enerji paketi”nə uyğunlaşdırılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR