Bank Of Baku

Gürcüstan Neft və Qaz Korporasiyasının səhmlərinin bir hissəsi satışa çıxarılır

Gürcüstan Neft və Qaz Korporasiyasının səhmlərinin bir hissəsi satışa çıxarılır
# 30 sentyabr 2011 08:57 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Gürcüstan parlamenti ölkənin iri şirkətlərindən olan Gürcüstan Neft və Qaz Korporasiyasında (GOGC) dövlət payının bir hissəsinin özəlləşdirilməsi ilə bağlı qərar qəbul edib.

APA-nın məlumatına görə, ilkin olaraq dövlətə məxsus səhmlərinin 24%-nin satılması qərara alınıb. Müvafiq dəyişiklik ölkənin «Neft və qaz haqqında» qanuna edilib. Nəticədə, dövlətin GOGC-da iştirak payı 75%-dən 51%-ə düşür. Bu səhm zərfinin artıq yaxın vaxtlarda satışa çıxarılacağı gözlənilir. Bu arada Gürcüstan mətbuatı şirkət səhmlərinə maraq göstərəcək potensial xarici investorlar arasında Azərbaycan Dövlət Neft Şirkətinin də adını çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR