ABŞ-ın SGA Tədqiqat Mərkəzi: Ankara-Bakı danışıqlarının uzanması “Şahdəniz” qazının ixrac marşrutu ilə bağlı yekun qərarı təxirə sala bilər
Müəlliflər xatırladırlar ki, yataq üzərində işləyən konsorsium 2017-ci ildə “Şahdəniz” yatağının istismarının ikinci mərhələsi başladıqdan sonra illik hasilatı 9 mlrd. kubmetrdən 25 mlrd. kubmetrə çatdırmağı planlaşdırır: “BP-nin rəhbərlik etdiyi konsorsium 2017-ci ildən başlayaraq “Şahdəniz” qazının Avropaya daşınması üçün tarifləri və digər detalları təqdim etmək üçün şirkətlərə oktyabrın 1-nə kimi vaxt verib. Görünür, üç layihə - “Nabucco”, Trans-Adriatik kəməri (TAP) və Türkiyə-Yunanıstan-İtaliya kəməri (ITGI) “Şahdəniz” yatağının istismarının ikinci mərhələsində 10 mlrd. kubmetr qazı Avropaya, 6 mlrd. kubmetr qazı isə Türkiyə bazarına daşımaq üçün rəqabət aparırlar”.
SGA ekspertləri bildirirlər ki, BP-nin indi təklif etdiyi Cənub-Şərqi Avropa kəməri (SEEP) “Cənub dəhlizi” ilə yanaşı, Azərbaycan qazının Avropaya daşınması üçün dördüncü ciddi ixrac variantıdır: “Digər üç ixrac variantlarının hər birinin güclü və zəif tərəfləri var. “Nabucco” Avropa Komissiyası tərəfindən dəstəklənir və komissiya Avropa İttifaqının Şurasından Trans-Xəzər kəmərinin çəkilməsinə dair razılığın təmin olunması üçün Azərbaycan və Türkmənistanla danışıqlara başlamaq barədə mandat alıb. Bu, “Nabucco” kəmərinin doldurulması üçün lazım olan 31 mlrd. kubmetr qazı təmin edəcək. Amma danışıqların uğurlu olacağına təminat yoxdur. BP və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bildirirlər ki, əgər kəmərin tutumunun yalnız üçdə bir hissəsi dolarsa, onda “Şahdəniz” qazının “Nabucco” ilə daşınması çox baha başa gələr”.
Ekspertlərin fikrincə, BP rəsmiləri bu üç rəqib layihənin qazı problemsiz ötürəcəyinə əmin olmadıqları üçün “Şahdəniz” konsorsiumunun digər üzvü olan ARDNŞ-ı əmin etməyə çalışır ki, SEEP variantını ciddi şəkildə nəzərdən keçirsin. BP şirkətinin “Şahdəniz” yatağının istismarı üçün məsul olan vitse-prezidenti El Kuk (Al Cook) bəyan edib ki, BP layihəyə birbaşa investisiyalar ideyasını alqışlamağa hazırdır: “BP SEEP layihəsini inkişaf etdirmək üçün digər iştirakçılarla işləməyə hazırdır”.
SGA ekspertləri qeyd edib ki, ARDNŞ istisna olmaqla “Şahdəniz” konsorsiumunun üzvlərindən heç biri SEEP ilə bağlı fikirlərini bildirməyib: “Statoil” TAP layihəsində maraqlıdır, amma “Şahdəniz” layihəsində BP ilə eyni paya malik olan Norveç şirkətinin bu məsələ ilə bağlı mövqeyi həlledici ola bilərdi. Ehtimal ki, “Total” və Türkiyənin TPAO şirkəti kimi kiçik səhmdarların fikri o qədər də əhəmiyyətli deyil. “Statoil”un ilkin şərhləri göstərirdi ki, şirkət “Cənub dəhlizi”nə rəqib olan layihələrə o qədər də üstünlük vermir, amma biz əminik ki, SEEP layihəsinin daha ucuz başa gəlməsi vacib amildir”.
“Bizcə, BP rəsmiləri SEEP layihəsini irəli sürməklə “Nabucco”, ITGI və TAP layihələri üzərində işləyən konsorsiumu oktyabrın 1-ə kimi daha detallı təkliflər verməyə məcbur etmək istəyir. Məsələn, “Nabucco” konsorsiumunun nümayəndəsi BP-nin son təşəbbüsünə cavab olaraq bildirib ki, yaxın günlərdə “Şahdəniz” konsorsiumuna konkret təkliflər təqdim olunacaq. BP-nin rəhbərlik etdiyi “Şahdəniz” konsorsiumu bəyan edib ki, qazın Avropaya ötürülməsi üçün ixrac marşrutu barədə qərar ilin sonuna kimi qəbul ediləcək. Bu yazı hazırlanarkən Türkiyə və Azərbaycan tranzit məsələləri ilə bağlı razılığa gəlməli idilər. Ankara və Bakı arasında danışıqların uzanması “Şahdəniz” konsorsiumunu qaz ixracının marşrutu ilə bağlı yekun qərarı təxirə salmağa vadar edə bilər”, - deyə SGA analitikləri bildiriblər.
Sənaye və energetika
Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub
Dünya bazarlarında neft yenidən bahalaşır
"NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb
Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Xəbər Lenti
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi yanır
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
ADY yay qrafikinə keçir
Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olunub
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Tehran-Dubay aviareysi bərpa olunub
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Ağ Ev: Atəşkəs üzrə öhdəliklərimizə əməl edirik, hücumlara cavab vermişik
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Birinci Türkoloji Qurultayın 100 illiyi: Bakı Türk dünyasının humanitar gündəmini müəyyənləşdirən platformaya çevrilir
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
Ağ Ev: Kuşner və Uitkof İranla danışıqlarda iştirak edəcək
Sabahdan bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub
İyulda temperatur bəzi yerlərdə bir qədər yüksək olacaq - AYLIQ PROQNOZ
Qaluzin: Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib
Rusiya Dneprə ballistik raketlə zərbə endirib: 5 nəfər ölüb, 29 yaralı var - YENİLƏNİB
Almaniyada atışma baş verib, 5 nəfər ölüb
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Tramp neftin qiymətinin düşdüyünü bildirir
Tramp: İran görüş keçirilməsini istəyib, danışıqlar sabah Dohada baş tutacaq
Türk Dünyası Həftəsi çərçivəsində plenar iclas keçirilib
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək
Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin iştirakçıları Fəxri xiyabanı ziyarət edib
Siqaret qaçaqmalçılığında ittiham edilən dəstənin məhkəməsi başlayıb
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilib
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Azərbaycanla Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbi ləğv edilib
“Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” birinciliyinin final mərhələsinə start verilib
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İsa Həbibbəyli: Türkologiyanın elmi modelini ilk dəfə Birinci Türkoloji Qurultay müəyyənləşdirib
Baş prokuror itkinlərlə bağlı Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşüb
Əraqçinin müavini: İran və ABŞ arasında texniki görüş bu həftə keçirilməyəcək
Peskov: Lukaşenko Zelenskinin Putinə heç bir mesajını çatdırmayıb
Rusiya ordusu Ukraynanın 400-dən çox PUA-sını vurub
Rəsmi Minsk: Ukrayna sərhədi keçərsə, Belarus bütün hərbi potensialı ilə cavab verəcək
Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçirilib - FOTO
AMB: Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar
AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq
Pezeşkian: İran və Qətər 6 milyard dollarlıq aktivin blokdan çıxarılması barədə razılığa gəlib
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək