Bank Of Baku

«Nabucco Gas Pipeline International» konsorsiumu «Bayerngas» şirkətinin layihəyə qoşulması təşəbbüsünü dəstəkləyir

«Nabucco Gas Pipeline International» konsorsiumu «Bayerngas» şirkətinin layihəyə qoşulması təşəbbüsünü dəstəkləyir
# 30 sentyabr 2011 11:53 (UTC +04:00)
«Nabucco Gas Pipeline International GmbH.» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin gələcək bölgüsünün konsorsium çərçivəsində müəyyənləşdirilməsi üçün hazırkı 6 səhmdar ilə məsələ ilə bağlı danışıqlara dərhal başlanacaq. «Bayerngas» şirkətinin «Nabucco» konsorsiumuna qoşulmaq təşəbbüsü bu gün Vyanada Avstriyanın iqtisadiyyat naziri Reynhold Mitterlehner (Reinhold Mitterlehner) və Bavariyanın iqtisadiyyat naziri Martin Zeil (Martin Zeil) arasında baş tutacaq görüş zamanı müzakirə ediləcək.

Bu məsələni şərh edən «Nabucco Gas Pipeline International GmbH.» şirkətinin prezidenti Reynhard Mitçek (Reinhard Mitchek) bunun «Nabucco» üçün irəliyə doğru böyük addım olduğunu bildirib: «Boru kəməri üçün güclü emal və satış bazarı olan «Bayerngas» şirkəti kimi yeni səhmdarın gücləndirə biləcəyi mühüm müsbət keyfiyyətdir. Layihə yeni mərhələyə qədəm qoyduğuna görə, «Nabucco» konsorsiumu yeni səhmdarlar üçün açıqdır. «Bayerngas» ilə danışıqların başlanması bazar üçün güclü ismarıcdır».

Xatırladaq ki, «Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR