Bank Of Baku

Azərbaycan xam neft ixracını 30% artırıb

Azərbaycan xam neft ixracını 30% artırıb
# 30 sentyabr 2011 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan ixrac olunmuş xam neftin həcmi 2010-cu ilin eyni dövrünə nisbətən 28,9% artaraq 27,259 mln. ton təşkil edib.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ixrac olunmuş xam neftin 21,834 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri, 2,556 mln. tonu Bakı-Supsa boru kəməri ilə, 1,247 mln. tonu Bakı-Novorossiysk boru kəməri, 693,683 min tonu isə dəmir yolu nəqliyyatı ilə ixrac olunub. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə BTC ilə neftin ixracı 7,3%, Bakı-Supsa ilə 5,5%, Bakı-Novorossiysk ilə 15,7%, dəmir yolu nəqliyyatı ilə isə 22,8% azalıb.

Bununla yanaşı, hesabat dövründə Azərbaycandan ixrac olunmuş neft məhsullarının həcmi 17,1% azalaraq 1,479 mln. ton təşkil edib.

Təbii qazın ixracına gəldikdə isə, cari ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 4,813 mlrd. kubmetr həcmində mavi yanacaq ixrac olunub ki, bu da ötən ilin yanvar-avqust aylarına nisbətən 4,4 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR