Bank Of Baku

“Nabucco” konsorsiumu “Şahdəniz” qazının nəqli üçün Azərbaycana təklif təqdim edib

“Nabucco” konsorsiumu “Şahdəniz” qazının nəqli üçün Azərbaycana təklif təqdim edib
# 01 oktyabr 2011 11:57 (UTC +04:00)
Məlumata görə, “Nabucco Gas Pipeline International GmbH” şirkətinin icraçı direktoru Reynhard Mitçek qazın Azərbaycan və digər mənbələrdən ən yaxşı ixrac marşrutunu “Nabucco”nun təklif etdiyinə əmin olduğunu bildirib: “Nabucco” Cənub Dəhlizində Avropanın flaqman layihəsi olub kommersiya cəhətdən real və rəqabətə davamlıdır. Siyasi dəstək və stabillik bütün 5 tranzit ölkə arasında 50 il müddətinə imzalanmış müqavilə, həmçinin ikitərəfli layihəyə dəstək müqavilələri ilə təmin edilib. “Nabucco” təchizatçılar və nəqliyyat müştəriləri üçün sərfəli təklif irəli sürür”.

Xatırladaq ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq «Nabucco» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR