Bank Of Baku

Azərbaycanın yüngül sənayesində məhsul istehsalı 28% artıb

Azərbaycanın yüngül sənayesində məhsul istehsalı 28% artıb
# 03 oktyabr 2011 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 45,5 mln. manatlıq və ya ötən ilin analoji dövrünə nisbətən 28,2% çox məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 1,1 min ton pambıq lifi, 6,5 min ton pambıq iplik, 918 kv. metr xalça və xalça məmulatları, 2,5 mln. cüt corab məmulatları, kişi və oğlanlar üçün 53,6 min ədəd kostyumlar və s. məhsullar istehsal edilib.

Bununla yanaşı, 2011-ci il sentyabrın 1-nə sahə müəssisələrinin anbarlarında 11,3 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 4,6%-i qədər hazır məhsul qalığı olub, bu da ötən ilin eyni dövrünə nisbətən 17% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR