Bank Of Baku

Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsinin bağlanması üzrə aparılan danışıqlar ləngiyir

Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsinin bağlanması üzrə aparılan danışıqlar ləngiyir
# 03 oktyabr 2011 08:08 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bildirib: «Yeni qaz müqaviləsinin bağlanması ilə bağlı aparılan danışıqlarda Türkiyə tərəfi tələsmir».

E.Nəsirovun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında mavi yanacağın alqı-satqısına dair danışıqlar davam etdirilir: «Türkiyə tərəfi danışıqlarda vaxt məhdudiyyətinin qoyulmasının əleyhinə çıxış edir və məhz buna görə danışıqların konkret nə vaxt bitəcəyini demək mümkün deyil».

Xatırladaq ki, bundan öncə ARDNŞ rəsmiləri tərəflər arasında aparılan danışıqların sentyabrın sonu-oktyabrın əvvəlində başa çatacağını bildirirdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR