Bank Of Baku

TAP layihəsi «Şahdəniz» qazı ilə bağlı Azərbaycana təklif göndərib

TAP layihəsi «Şahdəniz» qazı ilə bağlı Azərbaycana təklif göndərib
# 03 oktyabr 2011 12:32 (UTC +04:00)
Layihədən «APA-Economics»ə verilən məlumata görə, söhbət «Şahdəniz» yatağının işlənməsinin ikinci fazası çərçivəsində TAP qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacağın Azərbaycandan Avropaya çatdırılmasından gedir: «Sözügedən qazın həcmi Avropanın enerji təhlükəsizliyində vacib rol oynayacaq. TAP Azərbaycana qazın nəqlinin ən effektiv metodlarını təklif edir. Belə ki, TAP Azərbaycan qazının Avropaya çatdırılmasında ən qısa marşrutdur».

Qeyd edək ki, TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il lazım olacağı təqdirdə kəmərin inşasına 2013-cü ildə başlanacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.

Xatırladaq ki, artıq ITGI və «Nabucco» üzrə də Azərbaycan tərəfinə təkliflər təqdim olunub. Ümumiyyətlə, «Cənub dəhlizi»nə TAP, ITGI (Türkiyə-Yunanıstan-İtaliya), AGRI (Azerbaijan-Georgia-Romania) və «Nabucco» layihələri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR