Bank Of Baku

«Sahdəniz» konsorsiumu Azərbaycan qazının Avropaya nəqli ilə təkliflərin qiymətləndirilməsinə başlayıb

«Sahdəniz» konsorsiumu Azərbaycan qazının Avropaya nəqli ilə təkliflərin qiymətləndirilməsinə başlayıb
# 03 oktyabr 2011 12:53 (UTC +04:00)
Artıq həmin təkliflərin konsorsium tərəfindən qiymətləndirilməsi prosesi başlayıb. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən bildirilib.

Şirkətdən qeyd olunub ki, qiymətləndirmə prosesi bundan əvvəl təyin olunmuş və elan edilən meyarlar əsasında aparılacaq.

«Seçmə meyarlarına kommersiya baxımından əlverişlilik, layihənin həyata keçirilməsinin mümkünlüyü, maliyyə baxımından mümkünlüyü, mühəndis-layihə işləri, fəaliyyətin əlaqələndirilməsi və şəffaflıq, təhlükəsizlik, səmərəli istismar, mərhələlərlə genişlənmənin mümkünlüyü və strateji əsaslar daxildir», - deyə «BP-Azerbaijan» şirkətindən bildirilib.

Qeyd edək ki, «Cənub dəhlizi»nə TAP (TransAdriatic Pipeline), ITGI (Türkiyə-Yunanıstan-İtaliya), «Nabucco» və AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihələri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR