Bank Of Baku

Azərbaycan son bir ildə neft məhsullarının ixracını 25% azaldıb

Azərbaycan son bir ildə neft məhsullarının ixracını 25% azaldıb
# 03 oktyabr 2011 13:07 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, 2011-ci ilin yanvar-sentyabr ayları ərzində 72 868 ton avtomobil benzini, 956 889 ton dizel yanacağı, 53 936 ton təyyarə yanacağı, 5 332 ton soba mazutu ixrac edilib.

Göründüyü kimi, cari ilin 9 ayı ərzində Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 1 089 025 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 25% azdır.

Qeyd edək ki, 2011-ci ilin sentyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) – 994,77 ABŞ dolları, təyyarə yanacağının – 983,28 dollar, dizel yanacağının – 925,10 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 642,98 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR