Bank Of Baku

Azərbaycan Novorossiysk və Ceyhan limanlarından neft ixracını azaldıb

Azərbaycan Novorossiysk və Ceyhan limanlarından neft ixracını azaldıb
# 03 oktyabr 2011 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 209 731 ton, Supsa limanından 331 286 ton, Ceyhan limanından isə 1 960 946 ton xam neft ixrac edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə cari ilin yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 458 829 ton, Supsa limanından 2 090 095 ton, Ceyhan limanından isə 17 654 692 ton xam neft ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə Novorossiysk limanından xam neftin ixracı 6,5%, Ceyhan limanından isə 36,7% azalıb.

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında Supsa limanından neft ixrac olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR