Bank Of Baku

ARDNŞ-ın həlak olmuş işçilərinin ailələrinə sığorta ödənişi yaxın günlərdə təqdim olunacaq

ARDNŞ-ın həlak olmuş işçilərinin ailələrinə sığorta ödənişi yaxın günlərdə təqdim olunacaq
# 03 oktyabr 2011 13:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ötən həftə həlak olmuş əməkdaşlarına sığorta ödənişinin edilməsinə hazırlaşır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.

M.Rüstəmovun sözlərinə görə, ARDNŞ-ın «28 May» NQÇİ-nin 14-cü özülündə baş vermiş hadisə nəticəsində iki nəfərin dünyasının dəyişməsi ilə bağlı «Paşa Həyat»a yazılı məktub daxil olub: «Bütün sənədlər təqdim olunduqdan sonra 3 iş günü müddətində həlak olan şəxslərin ailələrinə sığorta ödənişinin edilməsi nəzərdə tutulur».

M.Rüstamov sığorta ödənişinin məbləğinin işçilərin yaş həddinə görə müəyyənləşəcəyini bildirib: «Ödənişlər həlak olan işçilərin yaşından asılı olaraq birdəfəlik həyata keçiriləcək».

ARDNŞ-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hadisə sentyabrın 27-də «28 May» NQÇİ-nin 14-cü özülündə baş verib. Hadisə zamanı iki nəfərin ölüb və bir nəfər isə yaralanıb.

Qeyd edək ki, ilkin versiyalara görə, özülün rəis müavini Hüseyn Quliyev və ustalar Vüqar Əliyev, Surəddin Qurbanov hələ təhvil verilməmiş obyektə giriblər və qayıqlarla maraqlanıblar və bu zaman qəza baş verib. Onlar ehtiyatsızlıq ucbatından həyatlarını itiriblər.

Xatırladaq ki, ARDNŞ-ın tabeliyində olan bütün müəssisə və təşkilatların işçiləri «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə «PAŞA Həyat» sığorta şirkəti tərəfindən sığortalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR