Bank Of Baku

Azərbaycan nefti dünya bazarında sentyabrda 1% bahalaşıb

Azərbaycan nefti dünya bazarında sentyabrda 1% bahalaşıb
# 03 oktyabr 2011 13:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabr ayında dünya bazarında «Brent», «Urals» və «Azeri Light» markalı xam neftin qiyməti əvvəlki aya nisbətən orta hesabla 1,5% bahalaşıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 113,12 ABŞ dollarına, «Urals» – 110,38 dollara, BTC FOB Ceyhan («Azeri Light») tipli xam neft isə 114,69 dollara satılıb.

Avqust ayına nisbətən «Brent» markalı neftin qiyməti 2,5%, «Urals» - 1,1%, «Azerilight» isə 1% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR