Bank Of Baku

Rusiya Türkiyənin imtina etdiyi qaza müştəri tapıb

Rusiya Türkiyənin imtina etdiyi qaza müştəri tapıb
# 03 oktyabr 2011 14:42 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “Qazprom” şirkəti Türkiyənin “Botaş” şirkətinin imtina etdiyi qazı Türkiyədəki distribütor şirkətlərə satacaq. “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə “Qazprom”un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev bildirib.

“Botaş”ın imtina etdiyi qazın alqı-satqısı (“Qərb marşrutu”) üzrə müqavilə Türkiyə ilə Rusiya arasında müqavilə 1986-cı ildə 25 il müddətinə imzalanıb. Bu ilin dekabr ayında müqavilənin müddəti bitir. Bundan başqa, Türkiyə Rusiyadan daha bir kəmər - Qara dənizin dibindən keçən “Mavi axın” vasitəsilə birbaşa qaz alır.

Oktyabrın 1-də Türkiyənin Rusiya ilə qaz müqaviləsinə xitam verdiyini açıqlayan enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, bu addım Türkiyə-Rusiya münasibətlərinə təsir etməyəcək: “Buna sırf iqtisadi baxımdan yanaşmaq lazımdır. Biz qiymətlərin aşağı salınmasını istədik, onlar bundan imtina etdilər. Ona görə də müqaviləni bitirmək məcburiyyətində qaldıq. Müddəti bitən bütün müqavilələri bir-bir yenidən nəzərdən keçirəcəyik. Əhəmiyyətli endirim görməsək, müqavilələrin müddətini uzatmayacağıq”.

Qeyd edək ki, bu ilin mart ayında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri zamanı qazın qiymətinin aşağı salınması ilə bağlı Rusiya prezidenti Dmitri Medvedevlə apardığı danışıqlar nəticə verməyib. Türkiyə Rusiyadan ildə 30 mlrd. kubmetr qaz alır ki, bu da ölkənin mavi yanacağa olan tələbatının 64%-ni təşkil edir. Bunun 14 mlrd. kubmetri “Qərb marşrutu”nun, 16 mlrd. kubmetri “Mavi axın”ın payına düşür. Amma ötən il qlobal böhranın Türkiyə iqtisadiyyatına təsiri nəzərə alınaraq Rusiyanın “Qazprom” şirkəti bu ölkəyə 18,01 mlrd. kubmetr qaz nəql etməyə razılaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR