Bank Of Baku

Ukrayna Azərbaycan qazını birbaşa Gürcüstandan almağa hazırlaşır

Ukrayna Azərbaycan qazını birbaşa Gürcüstandan almağa hazırlaşır
# 04 oktyabr 2011 09:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Ukraynanın Türkiyədəki səfiri Sergey Korsunskiy «Todays Zaman» qəzetinə açıqlamasında deyib.

Ukraynalı diplomatın sözlərinə görə, bir qədər öncə Bakı ilə Kiyev arasında enerji əməkdaşlığına dair hökumətlərarası saziş imzalanıb və hazırda Ukraynanın Qara dəniz sahillərində sıxılmış təbii qaz zavodunun inşası layihəsi nəzərdən keçirilir və bu müəssisə Ukraynanın tranzit ölkə kimi mövqeyini möhkəmləndirəcək. Səfir bildirib ki, yeni müəssisə ilkin olaraq 2 mlrd. kubmetr həcmində qaz qəbul edərək nəql etmək imkanına malik olacaq. Lakin 2015-ci ildə bu göstəricinin 10 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulur.

Rusiyanın qaz bazarındakı roluna toxunan S.Korsinskiy Azərbaycan-Ukrayna əməkdaşlığının Moskvanın hökmranlığına son qoyacağını bildirib: «Azərbaycan qazı bu inhisarı zəiflədəcək və ya ən azı danışıqlara şərait yaradacaq». Ukraynalı diplomat əlavə edib ki, heç kəs Rusiya ilə yeni qaz müharibəsi istəmir: «Biz yalnız ədalətli qiymət istəyirik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR