Bank Of Baku

Avropa İttifaqı Qazaxıstanı Transxəzər qaz kəməri layihəsində iştirak etməyə dəvət edib

Avropa İttifaqı Qazaxıstanı Transxəzər qaz kəməri layihəsində iştirak etməyə dəvət edib
# 04 oktyabr 2011 10:03 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Aİ-nin energetika məsələləri üzrə komissarı Günter Ottinger Astanada keçirilən “KAZENERGY” VI Avrasiya Forumunun açılışında bildirib.

“Bu kəmər “Cənub dəhlizi”nin inkişafına çox mühüm töhfə olacaq. İlk dəfədir ki, Avropa İttifaqı infrastruktur layihəsinin dəstəklənməsi üçün beynəlxalq müqavilə bağlanması təklifi ilə çıxış edir. Bu da onu göstərir ki, bu layihə Avropa İttifaqı və onun üzvü olan 27 ölkə üçün nə dərəcədə əhəmiyyətlidir. Qazaxıstanın “Cənub dəhlizi”ndə iştirakını alqışlayarıq” - deyə G.Ottinger qeyd edib.

Onun sözlərinə görə, Avropa Komissiyası “Cənub dəhlizi”nin reallığa çevrilməsinə çalışır: “Hesab edirik ki, dünyada əlverişli qiymətlərlə və ən yaxşı istehlakçılarla stabil bazarlar yaratmaq çox vacibdir”.

Qeyd edək ki, Avropa İttifaqının Şurası bu il sentyabrın 7-də Transxəzər qaz kəmərinin tikintisinin hüquqi bazasına dair Azərbaycan və Türkmənistanla danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verib. Transxəzər qaz kəməri layihəsi 7,9 mlrd. avro həcmində qiymətləndirilir. Layihə Azərbaycan və Türkmənistan qazının Avropa ölkələrinə nəqlini nəzərdə tutur. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr qazın nəql olunması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR