Bank Of Baku

«Statoil» şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

«Statoil» şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir
# 04 oktyabr 2011 11:30 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Onun sözlərinə, «Statoil» şirkətinin nümayəndə heyətinə şirkətin icraçı baş prezidenti Peter Melbi, vitse-prezidenti Torqeyr Kidland və «Statoil Azerbaijan» şirkətinin prezidenti Lars Troen Sorensen daxildir.

«Görüş zamanı «Statoil» şirkətinin nümayəndələri Azərbaycanda yeni kəşf olunan qaz yataqlarında hasilat işlərinin aparılmasında və ümumiyyətlə, yeni yataqların kəşfində yaxından iştirak etməkdə maraqlı olduğunu bildiriblər. Şirkət rəsmiləri onu da qeyd ediblər ki, «Statoil» Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir», - deyə A.Mənsimli bildirib.

Bundan başqa, görüşdə Avropaya qazın nəqli, Azərbaycanın bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığı və s. məsələlər müzakirə olunub.

«Statoil» şirkətinin rəsmiləri həmçinin bildiriblər ki, şirkət qaz sahəsində Azərbaycanla münasibətləri daha da genişləndirmək niyyətindədir.

Qeyd edək ki, bütövlükdə görüşdə müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, layihələr müzakirə olunub.

Xatırladaq ki, «Statoil» şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəməri (8,71%), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (kommersiya operatoru – 25,5%) və «Şahdəniz» qaz yatağının işlənməsi layihəsinin (kommersiya operatoru – 25,5%) səhmdarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR