Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti yeni təchizat gəmisini istismara verib - FOTOSESSİYA

Azərbaycan Dövlət Neft Şirkəti yeni təchizat gəmisini istismara verib - <font color=red>FOTOSESSİYA</font>
# 05 oktyabr 2011 07:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi iştirak edib və ARDNŞ prezidenti Rövnəq Abdullayev gəmiyə baxış keçirib.

Gəmi ARDNŞ-ın Xəzər Dəniz Neft Donanma İdarəsi və «BUE Caspian» alyansının «BP-Azerbaijan» şirkəti ilə imzalanmış saziş əsasında Xəzərə gətirilən 16-cı gəmidir. «Caspian Provider» gəmisi Norveçin «Simek» zavodunda inşa edilib. Gəminin uzunluğu 73,4 metr, eni 16 metr, əsas mühərrikin gücü 6 300 at gücü təşkil edir. Gəmidə quraşdırılmış dinamik tarazlaşma sistemi gəminin əlverişsiz hava şəraitində də fəaliyyət göstərməsinə imkan verir. Artıq bu gündən «Caspian Provider» gəmisi «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarındakı platformalara təchizat xidmətləri göstərəcək.

Qeyd edək ki, 2012-ci ildə «BP-Azerbaijan» şirkəti üçün 2 lövbər daşıyan yedək təchizat gəmisinin gətirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR