Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti avrobond emissiyasını ilin sonunadək həyata keçirəcək

Azərbaycan Dövlət Neft Şirkəti avrobond emissiyasını ilin sonunadək həyata keçirəcək
# 05 oktyabr 2011 08:12 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı hazırlıq işləri aparılır və ARDNŞ 2011-ci ilin sonunadək emissiyanı həyata keçirməyi planlaşdırır. «Əslində Neft Şirkətinin bu istiqrazların buraxılması və vəsaitlərin cəlb edilməsində böyük ehtiyacı yoxdur. Bu, bizim üçün imic məsələsidir».


Xatırladaq ki, hazırlıq işləri başa çatdıqdan sonra ARDNŞ avrobondların Amerika, Avropa və Asiya qiymətli kağızlar bazarlarında təqdimatını keçirməyi və emissiyanın xarici bazarlarda yerləşdirilməsini nəzərdə tutub.

İlkin planlara görə, avrobond emissiyasının həcmi 500 mln. ABŞ dolları təşkil edəcək, tədavül müddəti isə 5 il olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR