Bank Of Baku

«Şahdəniz» qazının Avropaya nəql olunacağı marşrut ilin sonunadək müəyyənləşəcək

«Şahdəniz» qazının Avropaya nəql olunacağı marşrut ilin sonunadək müəyyənləşəcək
# 05 oktyabr 2011 08:29 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda təqdim olunmuş təkliflərlə əlaqədar dəyərləndirmə işləri aparılır: «Bu işlər təxminən 15-20 gün çəkəcək».

Qeyd edək ki, «Şahdəniz» yatağının işlənməsinin ikinci fazası çərçivəsində Azərbaycan qazının Avropaya nəqlinə dair təkliflərin qəbulu oktyabrın 1-də başa çatıb. «Nabucco» konsorsiumu, ITGI (Interconnector Turkey-Greece-Italy) qaz kəməri layihəsinin reallaşdırılmasına məsul olan «IGI Poseidon» şirkəti və TAP layihəsi (TransAdriatic Pipeline - TransAdriatik qaz kəməri) «Şahdəniz» qazının Avropaya nəqli üçün Azərbaycana təklif təqdim edib. Qalib şirkətin adı bu ilin sonunadək açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR