Bank Of Baku

ARDNŞ: Xəzərin çirklənməsi artıq nəzarətə götürülüb

ARDNŞ: Xəzərin çirklənməsi artıq nəzarətə götürülüb
# 05 oktyabr 2011 08:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər dənizinin çirklənməsinin qarşısının alınması istiqamətində işləri davam etdirir.

«APA-Economics»in məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, artıq neftayırma zavodlarından dənizə atılan suyun təmizlənməsi standartlara tam uyğun aparılır və hazırda dənizdə baş verən çirklənmələrin qarşısı alınır: «Ümumiyyətlə, əsas məqsədimiz Xəzərin çirklənməsinin qarşısını almaqdır. Bu istiqamətdə biz ekoloji tədbirlər həyata keçiririk, dənizin ekoloji monitorinqi aparılır və dənizdə baş verən çirklənmələrin qarşısını alırıq. Dənizin çirklənməsi artıq nəzarət altına götürülüb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR