Bank Of Baku

Azərbaycan əczaçılıq məhsullarının istehsalını 19% azaldıb

Azərbaycan əczaçılıq məhsullarının istehsalını 19% azaldıb
# 05 oktyabr 2011 11:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yanvar-avqust ayları ərzində Azərbaycanın kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 173,8 mln. manatlıq və ya ötən ilin eyni dövrünə nisbətən 18% çox məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin səkkiz ayı ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 50%, rezin və plastmas məmulatların istehsalında 6,9% artıb, əczaçılıq məhsullarının istehsalında isə 18,7% azalıb: «Əsas kimya məhsullarından polietilenin istehsalında 1,8 dəfə, kaustik sodanın istehsalında 3,6 dəfə, propilenin istehsalında 20,2% artım müşahidə olunub. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 34,9%, polimer örtüklərin istehsalı 1,6 dəfə artıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR