Bank Of Baku

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi 54% artıb

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi 54% artıb
# 05 oktyabr 2011 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 176,5 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin səkkiz ayı ilə müqayisədə istehsal və xidmətlərin həcmi 54% artıb.

«İstehsalın həcmi metallurgiya sənayesində 1,8 dəfə artıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 7,8% azalma olub. Yanvar-avqust ayları ərzində bu sahədə 150 min ton və ya 1,9 dəfə çox polad tökmə məhsulları, 117,8 min ton və ya 31,9% çox armatur, 64,5 min ton və ya 2,6 dəfə çox polad borular istehsal edilib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR