Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti yaxın perspektivdə həyata keçirməyi planlaşdırdığı layihələri açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti yaxın perspektivdə həyata keçirməyi planlaşdırdığı layihələri açıqlayıb
# 06 oktyabr 2011 10:57 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Astanada (Qazaxıstan) keçirilən «Kazenergy» VI Avrasiya Forumunda çıxışında bildirib.

R.Abdullayevin sözlərinə görə, gələn il injinirinqin aparılması nəzərdə tutulub, 2017-ci ildə isə layihənin birinci mərhələsinin başa çatdırılması planlaşdırılır. Kompleksin 2020-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulur. Layihə çərçivəsində illik gücü 10 mlrd. kubmetr olan qaz emalı zavodu, kimya istehsalı müəssisəsi və ildə 10 mln. ton neft emal edə biləcək zavodun tikintisi planlaşdırılır.

Bundan əlavə R.Abdullayev bildirib ki, ARDNŞ yaxın aylarda Türkiyədə yeni neft emalı zavodunun təməlini qoyacaq. Zavod «Petkim» neft-kimya kompleksini xammalla təmin edəcək. Qeyd edək ki, «Petkim»də 51%-lik pay ARDNŞ-ə məxsusdur. Yeni zavodun tikintisi zəruri olan kimya xammalının idxalını 30% azaldacaq və Türkiyə və regionun neft məhsulları bazarına çıxmaq imkanları yaradacaq. Bu layihənin dəyəri təxminən 5 mlrd. dollar təşkil edir. İlk qurğuların tikintinin başlanmasında 3 il sonra işə salınması nəzərdə tutulur.

Həmçinin, ARDNŞ prezidenti ötən ilin mart ayında Bakı yaxınlığında (Ələt qəsəbəsində) yeni gəmiqayırma zavodunun tikintisinə başlandığını da qeyd edib. Bu zavod ARDNŞ-ın neft donanması üçün gəmilərin tikintisi və təmiri ilə məşğul olacaq. Onun sözlərinə görə, hazırda Neft Şirkətinin 350-dən artıq gəmisi var. Yeni zavod yeni gəmilər, xüsusən də tutumu 70 min ton olan tankerlər tikməyə imkan verəcək. R.Abdullayev vurğulayıb ki, bu tankerlər gələcəkdə Qazaxıstan neftinin Xəzər dənizi ilə Azərbaycana daşınması üçün istifadə oluna bilər.

Ümumilikdə perspektivlər barədə danışan R.Abdullayev yaxın gələcəkdə yuxarıda qeyd olunan layihələrdən başqa ARDNŞ-ın karbamid zavodunun tikintisi, Xəzərdə dəniz yataqlarının işlənməsi və karbohidrogenlərin ixracının coğrafiyasının genişləndirilməsi istiqamətində də iş apardığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR