Bank Of Baku

Yaxın 10-15 ildə Azərbaycanda qaz hasilatı 55 mlrd. kubmetrə çatdırılacaq

Yaxın 10-15 ildə Azərbaycanda qaz hasilatı 55 mlrd. kubmetrə çatdırılacaq
# 06 oktyabr 2011 13:36 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Astanada (Qazaxıstan) keçirilən «Kazenergy» VI Avrasiya Forumunda çıxışında bildirib.

R.Abdullayevin sözlərinə görə, 2020-2025-ci illərə qədər ölkədə qaz hasilatının ildə 50-55 mlrd. kubmetrə çatdırılacaq ki, bu da perspektiv strukturların və yataqların gələcək işlənməsi nəticəsində mümkün olacaq: «Bizim fikrimizcə, bu ehtiyatlar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır».

Onun sözlərinə görə, bundan başqa Xəzər dənizində yerləşən «Abşeron» yatağının ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat, «Babək» yatağının ehtiyatları 400 mlrd. kubmetr qaz və 80 mln. ton kondensat, «Naxçıvan» yatağının ehtiyatları 300 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat, «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun dərin qaz ehtiyatları 300 mlrd. kubmetr qaz, «Ümid» yatağının ehtiyatları isə 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat səviyyəsində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR