Bank Of Baku

Ukrayna hər il 16-20 mln. ton Azərbaycan neftini idxal edə bilər

Ukrayna hər il 16-20 mln. ton Azərbaycan neftini idxal edə bilər
# 06 oktyabr 2011 13:58 (UTC +04:00)
APA-nın UNİAN-a istinadən xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Ukraynanın enerji və kömür sənayesi nazirinin müavini Sergey Çex deyib.

Onun sözlərinə görə, bu həcmdə neft iki ölkə hökumətləri tərəfindən imzalanmış və bu yaxınlarda Ukrayna Ali Radasının təsdiqinə təqdim ediləcək sazişdə əks olunub. Nazir müavini qeyd edib ki, 3 mln. ton Azərbaycan nefti Ukrayna neft emalı zavodlarının daxili marşrutları ilə, 5 mln. ton qərb istiqamətində (Macarıstan, Slovakiya, Çexiya), yerdə qalan 8-12 mln. ton isə Belarus istiqamətində nəql ediləcək.

“Bu, biznes üçün bir zəmindir ki, bizim azərbaycanlı tərəfdaşlarımız bu saziş çərçivəsində təchizata dair danışıqlar apara bilsin. Biz isə neftin bir hissəsini satın alıb zavodlarımızı təmin edəcəyik, digər hissəsini isə tranzit ölkə kimi nəql edəcəyik”, - deyə nazir müavini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR