Bank Of Baku

Bakı-Ceyhan boru kəməri ilə Azərbaycan neftinin nəqli azalıb

Bakı-Ceyhan boru kəməri ilə Azərbaycan neftinin nəqli azalıb
# 06 oktyabr 2011 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft ixrac boru kəməri vasitəsilə 2,520 mln. ton və ya avqust ayına nisbətən 13% az Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında bu kəmərlə 25 281 908 ton neft ötürülüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,6% azdır.

Bundan başqa, cari ilin sentyabr ayında BTC kəməri ilə 154 308 ton Türkmənistan nefti nəql olunub.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı ilin iyun ayında) 2011-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 168 837 850 ton neft vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR