Bank Of Baku

Ceyhan limanından Azərbaycan neftinin ixracı sentyabrda 5% artıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı sentyabrda 5% artıb
# 06 oktyabr 2011 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayı ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına 2 664 198 ton Azərbaycan nefti çıxarılıb ki, bu da əvvəlki aya nisbətən 4,6% çoxdur.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu həcmin 1 960 847 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 24 756 175 ton və ya ötən ilin analoji dövrü ilə müqayisədə 11,2%
az olub.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri istismara verilən gündən 2011-ci ilin oktyabr ayının 1-dək Ceyhan limanından 166 690 376 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR