Bank Of Baku

«Platts»: Azərbaycan regionun ən stabil və proaktiv ölkəsidir

«Platts»: Azərbaycan regionun ən stabil və proaktiv ölkəsidir
# 07 oktyabr 2011 15:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə neft, qaz və neft məhsulları bazarı haqqında məlumat yayan dünyanın ən nüfuzlu jurnallarından olan «Platts»ın nümayəndəsi Con Roberts Astanada (Qazaxıstan) keçirilən VI Kazenerji Avrasiya forumunda çıxış edərkən bildirib.

Xəzər regionunda enerji daşıyıcılarının istehsalı və nəqli perspektivlərindən danışan C.Roberts qazın dünya bazarlarına çıxması üçün mümkün marşrutları nəzərdən keçirib, Avropa İttifaqı tərəfindən əsas dəstəyin yalnız «Nabucco» layihəsinə verildiyini, digər layihələrə isə kifayət qədər dəstəyin olmadığını qeyd edib.

Türkmənistan qazının bu layihə üçün əhəmiyyətli olduğunu qeyd edən C.Roberts təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanın proaktiv mövqeyindən fərqli olaraq, Türkmənistan passiv mövqedə durur: «Azərbaycan həm qaz ehtiyatlarının aşkarlanması və işlənməsi baxımından, həm də onların dünya bazarlarına çıxarılması yollarının aşkar edilməsi və bu marşrutların reallaşması yolunda kifayət qədər aktiv addımlar atırsa, Türkmənistan passiv mövqe tutaraq onun üçün marşrut variantlarının digərləri tərəfindən təklif edilməsini gözləyir və təklif edilən marşrutlara lazım olan dəstəyi göstərmir».

Qazaxıstana gəlincə, C.Roberts onun bu sahədə aktiv və ya passiv olacağını sual altında qoyaraq, bunu zamanın göstərəcəyini qeyd edib. Ümumiyyətlə, C.Roberts Azərbaycanın regionda ən sabit və ardıcıl neft və qaz siyasəti yürütdüyünü vurğulayaraq, dolayısı ilə onu regionun digər ölkələrinə örnək göstərib.

C.Roberts Azərbaycan və Qazaxıstanın həm də regionun ən etibarlı tranzit ölkələri olduqlarını, onların bu sahədə son illərdəki fəaliyyətləri ilə sübut etdiklərini də vurğulayıb.

Ümumiyyətlə, C.Roberts öz çıxışında Azərbaycanı regionun ən stabil və proaktiv ölkəsi kimi qeyd edib. Türkmənistanın isə öz qazının Avropaya nəql edilməsində fikrinin ciddi olduğunu sübut etməsi üçün daha fəal addımlar atmasına ehtiyac olduğu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR