Bank Of Baku

Nazir müavini: «Azərbaycan Cənub dəhlizində potensial marşrut kimi TAP layihəsini görür»

Nazir müavini: «Azərbaycan Cənub dəhlizində potensial marşrut kimi TAP layihəsini görür»
# 10 oktyabr 2011 08:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən GUAM Parlament Assambleyası və Baltik Assambleyasının «Sərhədlər üzərindən əlaqələrin qurulması» adlı birgə beynəlxalq konfransında Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib.

Onun sözlərinə görə, AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya) layihəsi, eləcə də Odessa-Brodı kəmərinin işə düşməsi ölkənin ixrac potensialını daha da artıracaq.

Azərbaycan qazının Avropaya nəqli barədə danışan nazir müavini bildirib ki, Azərbaycan Cənub dəhlizində potensial marşrut kimi Transadriatik Boru Kəməri (TAP) layihəsini görür. N.Abbasov hazırda Azərbaycan qazının Yunanıstana nəql edildiyini, eləcə də Gürcüstanın qaz təchizatını həyata keçirdiyini və bu ölkənin qaz şəbəkəsinin yenidən qurulmasını reallaşdırdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR