Bank Of Baku

Şirvanda “Cənub” Elektrik Stansiyasının tikintisi davam edir - FOTOSESSİYA

Şirvanda “Cənub” Elektrik Stansiyasının tikintisi davam edir  - <font color=red>FOTOSESSİYA</font>
# 10 oktyabr 2011 14:39 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda “Cənub” buxar-qaz elektrik stansiyasının tikintisi və avadanlıqların quraşdırılması davam edir.

APA-nın Mil-Muğan bürosu Asiya İnkişaf Bankının rəsmi internet saytı www.adb.org-a istinadən qeyd edir ki, ümumi gücü 780 MVt həmdövrəli “Cənub” Qaz Elektrik Stansiyasının tikintisinə Asiya İnkişaf bankı tərəfindən 232,32 mln. ABŞ dolları ayrılıb. Tikinti işləri plan üzrə 2011-ci ilin axırında başa çatdırılmalıdır. Lakin elektrik stansiyasının 2012-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur.

Stansiyada 4 qaz və 2 buxar turbini, 4 qazan-utilizator və 6 generatordan ibarət 2 enerji qurğusu (bloku) quraşdırılıb. Hər enerji bloku vahidinin gücü 386,7 MVt-dır. Eyni zamanda 330, 220 və 110 kVt qaz izolyasiyalı qapalı yarımstansiyaların və enerji sisteminə birləşmək üçün 330, 220 və 110 kVt elektrik verilişi xətləri və 220 kVt ikidövrəli Şirvan-Böyük Şor elektrik verilişi xəttinin tikintisi nəzərdə tutulur və bu istiqamətdə tikinti işləri aparılır.

“Azenco” ASC və ABŞ-ın “General Electrik” (GE) şirkəti arasında imzalanan müqaviləyə əsasən, quraşdırılan elektrik avadanlıqları ilə yanaşı, stansiyada son nəsil 2 ədəd “General Electric” (GE) “9E” qaz turbinləri quraşdırılıb. Əsas yanacaq kimi təbii qazdan, ehtiyat yanacaq kimi isə mazutdan istifadə olunacaq. 2 növ yanacaq üçün nəzərdə tutulan qaz turbinləri təzyiq yükü altında bir növ yanacaqdan başqa yanacağa çevrilə biləcək. Bu stansiya ildə 780 mln. kubmetr təbii qaza və ya 650 min ton mazuta qənaət etməyə imkan verəcək.

“General Electric” (tip MS9001E (PG9171E) turbinlərindən istifadə etməklə əsas rejimdə layihə il ərzində 6 Qiqa Vt (QVt/saat) elektrik enerji istehsal edəcək. Dünyada belə turbinlərdən təxminən 350 vahid quraşdırılıb. Turbinlər müxtəlif təbii şəraitlərdə - səhralarda, tropik zonalarda, soyuq hava şəraitində 8 mln. saatdan çox işləyiblər. Stansiyanın işə düşməsi Azərbaycanın enerji sisteminin etibarlığını artıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR