Bank Of Baku

ARDNŞ dövlət büdcəsinə ödənişləri 2% artırıb

ARDNŞ dövlət büdcəsinə ödənişləri 2% artırıb
# 10 oktyabr 2011 14:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin sentyabr ayında dövlət büdcəsinə 143,512 mln. manat vəsait ödəyib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu, 2010-cu ilin sentyabr ayı ilə müqayisədə 2,706 mln. manat və ya 1,9% çoxdur. Ümumiyyətlə, 2011-ci ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən büdcəyə 953,862 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 105,880 mln. manat (12,5%) çox olub.

Bundan başqa, cari ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,499 mln. manat köçürüb. Ümumiyyətlə, 2011-ci ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 100,007 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,513 mln. manat və ya 2,6% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR