Bank Of Baku

ARDNŞ bu ilin doqquz ayında büdcəyə 953,862 mln. manat vəsait ödəyib

ARDNŞ bu ilin doqquz ayında büdcəyə 953,862 mln. manat vəsait ödəyib
# 10 oktyabr 2011 15:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin sentyabr ayında dövlət büdcəsinə 143,512 mln. manat vəsait ödəyib. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2010-cu ilin sentyabr ayı ilə müqayisədə 2,706 mln. manat və ya 101,9% çox olub.

2011-ci ilin yanvar-sentyabr aylarında büdcəyə 953,862 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 105,880 mln. manat (112,5%) çox olub.

Bundan başqa, cari ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,499 mln. manat vəsait köçürüb. Ümumiyyətlə, 2011-ci ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 100,7 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,513 mln. manat və ya 102,6% çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR