Bank Of Baku

Azərbaycan elektrik enerjisi istehsalını azaldıb

Azərbaycan elektrik enerjisi istehsalını azaldıb
# 11 oktyabr 2011 09:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Sentyabr ayında Azərbaycanın enerji sistemində 1,3 mlrd. KVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib. Avqust ayına nisbətən sentyabrda elektrik enerjisi istehsalı 0,2 mlrd. kVt/saat və ya 13,3% azalıb.

İstehsal edilən enerjinin 1,1 mlrd. kVt/saatdan çoxu istilik elektrik stansiyaları (İES), 0,2 mlrd. kVt/saata yaxını isə su elektrik stansiyalarının (SES) payına düşür.

Ötən ay Rusiya, İran, Türkiyə və Gürcüstan ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Ümumilikdə, 2011-ci ilin ilk 9 ayı ərzində enerji sistemində 14,5 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,7 mlrd. kVt/saat və ya 5% artıqdır. İstehsal olunan enerjinin 12,3 mlrd. kVt/saata yaxını İES-lərin, 2,2 mlrd. kVt/saatdan çoxu isə SES-lərin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR