Bank Of Baku

Rusiya və Belarus AES tikintisinə dair saziş imzalayıb

Rusiya və Belarus AES tikintisinə dair saziş imzalayıb
# 11 oktyabr 2011 12:24 (UTC +04:00)
Bakı - APA-Economics. Moskva və Minsk Belarusda atom elektrik stansiyasının (AES) ilk hissəsinin tikintisinə dair saziş imzalayıb.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu saziş bundan sonrakı müqavilələrin, o cümlədən AES-in tikintisinə dair əsas sazişin strukturunu müəyyən edəcək.

Qrodnensk vilayətində tikiləcək AES-in iki enerji blokunun məcmu gücü 2,4 qiqavatt təşkil edəcək. Tikintini 2017-2018-ci illərdə bitirmək planlaşdırılır.

Qeyd edək ki, AES-in tikintisinin maliyyələşdirilməsi məsələsi hələ də açıq qalır. Belarus bunun üçün 9,4 mlrd. dollar kredit istəyir, Rusiya isə yalnız 6 mlrd. dollar kredit verə biləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR