Bank Of Baku

Azərbaycanda yanacaqdoldurma məntəqələrində yoxlama-monitorinq işləri davam etdirilir

Azərbaycanda yanacaqdoldurma məntəqələrində yoxlama-monitorinq işləri davam etdirilir
# 11 oktyabr 2011 14:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində yoxlama-monitorinq işlərini davam etdirir. Bunu «APA-Economics»ə açıqlamasında SMPDK-nin sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrinin yoxlama-monitorinqi Bakı şəhəri üzrə 3 aydan bir, rayonlarda isə 6 aydan bir həyata keçirilir: «Bəzən yanacaqdoldurma məntəqəsinin rəhbərliyi tərəfindən vaxtından əvvəl yoxlama aparılması ilə bağlı komitəyə xahiş-məktubu da təqdim olunur».

R.Həsənov bildirib ki, yoxlamaya dair vaxtından əvvəl müraciətlərin əsas məqsədi məntəqələrdə müvafiq qurğuların nasaz işləməsi ilə bağlıdır: «Bu nasazlıq nəticəsində bəzən məntəqələrdə benzinin artıq verilməsi hallarına rast gəlmək mümkündür».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR