Bank Of Baku

Gürcüstanda «SOCAR» yanacaqdoldurma məntəqələrinin sayı 78-ə çatıb

Gürcüstanda «SOCAR» yanacaqdoldurma məntəqələrinin sayı 78-ə çatıb
# 12 oktyabr 2011 07:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda fəaliyyət göstərən «SOCAR Georgia Petroleum» MMC törəmə müəssisəsi bu ölkədə «SOCAR» brendli daha iki yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, YDM-lərdən biri Raça regionunun Ambrolauri rayonununda, digəri isə Samtredia şəhərinin mərkəzində istifadəyə verilib. Açılış mərasimlərində ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov, ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin başçısı Mahir Məmmədov, habelə yerli İcra Hakimiyyəti nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Bununla da Gürcüstanda «SOCAR» brendli yanacaqdoldurma məntəqələrinin ümumi sayı 78-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR