Bank Of Baku

Azərbaycandakı YDM-lərdə gələn ildən kassa aparatları tamamilə yenilənəcək

Azərbaycandakı YDM-lərdə gələn ildən kassa aparatları tamamilə yenilənəcək
# 12 oktyabr 2011 13:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Azərbaycanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində (YDM) hazırda istifadədə olan kassa aparatlarının 2012-ci il yanvarın 1-dək yeni aparatlarla əvəz ediləcək.

Vergilər naziri Fazil Məmmədov bildirib ki, indi bunun üçün hazırlıq işləri davam edir: «Bunun üçün bəzi texniki məsələlər həll edilməlidir. Əvvəla müxtəlif yanacaqdoldurma məntəqələrində müxtəlif avadanlıqlardan istifadə olunur. Digər tərəfdən xüsusi proqram təminatı tətbiq olunacaq, ikincisi, bəzi detallar alınmalıdır. Bu məsələlər Türkiyə şirkətləri ilə həll olunub».

Xatırladaq ki, yeni kassaların indikilərdən prinsipial fərqi ondadır ki, bu kassalara ödəniş edilib qəbz verilmədiyi təqdirdə YDM-də yanacaq doldurmaq mümkün olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR