Bank Of Baku

DEPA: «Nabucco»nun ləngiməsi ITGI-nin aktuallığını artırır

DEPA: «Nabucco»nun ləngiməsi ITGI-nin aktuallığını artırır
# 12 oktyabr 2011 13:29 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə ITGI layihəsini təklif edən Yunanıstanın DEPA qaz şirkətinin direktoru Harri Saçinis bildirib.

Qeyd edək ki, “Nabucco” layihəsinin operatoru, Avstriyanın OMV şirkətinin icraçı direktoru Cerar Rois layihənin reallaşmasının bir il müddətinə ləngiyəcəyini, yəni əvvəl nəzərdə tutulduğu kimi 2017-ci il əvəzinə 2018-ci ildə işə düşəcəyini bəyan edib.

“Bu, Avropanı «Şahdəniz-2» qazı ilə təmin etmək üçün ilkin olaraq 10 mlrd. kubmetr qaz gücü ilə işləyəcək və sonradan genişlənə biləcək boru kəməri üçün rasional əsası gücləndirir” - deyə H.Saçinis qeyd edib.

Xatırladaq ki, ITGI layihəsi də sonradan genişlənmək imkanı ilə ilkin olaraq 10 mlrd. kubmetr gücündə nəzərdə tutulur. DEPA-nın nümayəndəsi bildirib ki, “Nabucco” kəməri ITGI-dən sonra əlavə qaz həcmlərinin nəqli üçün tikilə bilər: “Biz həmişə demişik ki, ITGI “Cənub dəhlizi”nin açılmasına mərhələli yanaşmada ilk addım hesab ediləcək. “Nabucco”nun əlavə qaz həcmi üçün ikinci olmamağa heç bir əsas yoxdur. ITGI 2013-cü ildə - digər boru kəməri təkliflərindən daha tez, Yunanıstan-Bolqarıstan birləşdirici kəməri vasitəsilə Cənubi Avropanı Azərbaycan qazı ilə təmin etməyə başlaya bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR