Bank Of Baku

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
# 13 oktyabr 2011 08:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən artıb. Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 12-də London birjasında keçirilən hərraclarda «Azeri Light» markalı neftin qiyməti 2,09 dollar (1,8%) bahalaşaraq 115,29 dollar/barelə çatıb.

İdarədən bildirilib ki, bu ilin ilk 9 ayında Azərbaycan neftinin orta qiyməti 115,13 dollar təşkil edib. Bu, dövlət büdcəsində nəzərdə tutulan baza qiymətdən 35 dolar və ya 30% artıqdır.

Xatırladaq ki, 2011-ci ilin dövlət büdcəsində neftin orta qiyməti 80 dollar/barel səviyyəsində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR