Bank Of Baku

Azərbaycan ərazisindən nəql olunan Qazaxıstan neftinin həcmi daha 3 mln. ton artırılacaq

Azərbaycan ərazisindən nəql olunan Qazaxıstan neftinin həcmi daha 3 mln. ton artırılacaq
# 13 oktyabr 2011 11:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan ərazisindən nəql olunan Qazaxıstan neftinin həcmi daha 3 mln. ton artırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Z.Məmmədovun sözlərinə görə, ölkə ərazisində neft və neft məhsullarının daşınmasını təmin etmək üçün “Azərbaycan Dəmir Yolları” QSC yeni vaqonlar almağa hazırlaşır: “Təxminən 1500-2000 yeni vaqonun alınması nəzərdə tutulub. Bu vaqonların Sumqayıt Texnologiyalar Parkında istehsal olunması və ya xaricdən alınması gözlənilir”.

Z.Məmmədov bildirib ki, neft və neft məhsullarının daşımalarının artırılması üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə də danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR