Bank Of Baku

ARDNŞ və Gürcüstanın Sosial Xidmət Agentliyi arasında memorandum imzalanıb

ARDNŞ və Gürcüstanın Sosial Xidmət Agentliyi arasında memorandum imzalanıb
# 13 oktyabr 2011 12:29 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün “SOCAR Energy Georgia” və Gürcüstanın Sosial Xidmət Agentliyi arasında memorandum imzalanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan paytaxtındakı “Tiflis Mariot” mehmanxanasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayən¬də¬li¬yi¬nin rəhbəri Mahir Məmmədov və Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri¬nin müavini, Sosial Xidmət Agentliyinin direktoru İrakli Nadareişvili memorandum imzalayıblar.

Sənədə əsasən, “SOCAR Energy Georgia” 2012-ci ilə kimi 16 ailə tipli kiçik uşaq evlərinin elektrik xərclərini ödəməyi öhdəliyə götürüb. ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov jurnalistlərə açıqlamasında şirkətin sosial layihələrə ciddi dəstək verdiyini bildirib: “Bu, bizim prioritetimizdir”.

Bu gün eyni zamanda “SOCAR Georgia Petrolium”un yeni layihəsinin - “Energy Card”ın təqdimatı keçirilib. Bu yeni vəsiqə eksklüziv olaraq ARDNŞ-ın müştəriləri üçün tərtib olunub.

Təqdimat mərasimində Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, səhiyyə naziri Andria Uruşadze və biznes sektorunun nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR