Bank Of Baku

Bakıda beynəlxalq enerji forumu keçiriləcək

Bakıda beynəlxalq enerji forumu keçiriləcək
# 13 oktyabr 2011 13:43 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə N.Əliyev Azərbaycanda həyata keçirilən enerji layihələri barədə ətraflı məlumatlar verib. Azərbaycanın regionda və dünyada artan nüfuzunu qeyd edən qonaq Atlantik Şuranın fəaliyyəti bərədə danışıb. F.Kempe Atlantik Şura tərəfindən Azərbaycanda enerji forumunun keçirilməsi təklifini irəli sürüldüyünü də bildirib. Atlantik Şuranın rəhbərliyi Qara Dəniz Enerji və İqtisadi Forumunun növbəti toplantısının 2012-ci ildə Bakıda keçirmək niyyətindədir.

Qeyd edək ki, Atlantik Şura hər il müxtəlif ölkələrdə enerji və iqtisadi forumlar keçirir. Bir qayda olaraq həmin forumlarda prezidentlər, dünyanın tanınmış biznes nümayəndələri və siyasətçilər iştirak edirlər. Növbəti belə bir tədbir noyabrın 16-18-də İstanbulda Qara Dəniz Enerji və İqtisadi Forumu adı altında keçiriləcək. F.Kempe Sənaye və Energetika Nazirliyini bu forumda iştirak etməyə dəvət edib.

İstanbulda keçiriləcək forumda aparıcı iş adamları və tanınmış siyasi liderlər Avrasiyanın iqtisadi və enerji çağırışlarını müzakirə etmək üçün bir araya gələcəklər. Bu təşəbbüs Atlantik Şuranın yeni Avrasiya Mərkəzi və onun Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya regionundakı tərəfdaşları ilə birlikdə dünyanın mühüm regionlarından birində enerji təhlükəsizliyi, iqtisadi inkişaf və siyasi sabitliyi dəstəkləmək məqsədi ilə başlanılıb.

Qeyd edək ki, 1961-ci ildə yaradılmış Atlantik Şura transatlantik əməkdaşlığı və beynəlxalq təhlükəsizliyi təşviq edən nüfuzlu qurumdur. Hazırda Atlantik Şuranın gündəliyində duran əsas mövzular zorakı ekstrimizm, maliyyə qeyri-sabitliyi, NATO-nun gələcəyi və enerji təhlükəsizliyi kimi qlobal məsələlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR