Bank Of Baku

Avstriya və Türkmənistan prezidentləri “Nabucco” layihəsini müzakirə ediblər

Avstriya və Türkmənistan prezidentləri “Nabucco” layihəsini müzakirə ediblər
# 14 oktyabr 2011 10:07 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. “Bu gün biz Türkmənistan qazının Avropaya nəqlini təmin edəcək hüquqi baza üzərində işə başlayırıq”. “APA-Economics”in “Reuters” agentliyinə istinadən xəbərinə görə, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov avstriyalı həmkarı Heynç Fişerlə görüşündən sonra deyib.

Danışıqlar zamanı Xəzər bölgəsindən təbii ehtiyatları qərbə nəql edəcək planlar götür-qoy edilib. Avstriya prezidenti “Nabucco” layihəsinin ölkəsi üçün prioritet əhəmiyyət daşıdığını vurğulayıb. “Nabucco” konsorsiumunun əsas operatoru olan Avstriyanın OMV şirkətinin rəhbərliyi Fişeri səfərdə müşayiət edib.

Türkmənistan prezidentinin açıqlamasına istinad edən “Reuters” xəbər verir ki, hazırda Türkmənistan 1000 km uzunluğunda olan boru kəməri inşa edir. Şərq-Qərb istiqamətində inşa edilən bu boru ölkənin Cənubi Yoltan yatağından Xəzərə doğru uzanacaq və “Nabucco”nu qazla təmin etmək iqtidarında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR