Bank Of Baku

Kolumbiya və Azərbaycan energetika sahəsində əməkdaşlıq edəcək

Kolumbiya və Azərbaycan energetika sahəsində əməkdaşlıq edəcək
# 15 oktyabr 2011 08:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycanın Kolumbiyadakı səfiri İlqar Muxtarov bildirib: «Azərbaycan və Kolumbiya bir çox sahədə, o cümlədən mədəniyyət, ticarət və enerji sahələrində ikitərəfli əməkdaşlıq üçün geniş imkanlara malikdir».

Səfir qeyd edib ki, Kolumbiya geniş neft ehtiyatlarına malikdir və gələcəkdə iki dövlət üçüncü ölkələrə neft və neft məhsullarının nəqli istiqamətində əməkdaşlıq edə bilərlər.

İ.Muxtarov həmçinin vurğulayıb ki, yaxın vaxtlarda Kolumbiya parlamentinin nümayəndə heyətinin də Azərbaycana səfəri planlaşdırılır.

İki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi məsələsinə toxunan səfir bildirib ki, 2012-ci il sentyabr ayında Kolumbiyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək: «Bu tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin müxtəlif tərəflərini, o cümlədən muğam, klassik və müasir filmlərimizi Kolumbiyaya tanıtmağa çalışacağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR