Bank Of Baku

Azərbaycanda gələn il sənaye və tikintiyə dövlət xərcləri 20% artırılacaq

Azərbaycanda gələn il sənaye və tikintiyə dövlət xərcləri 20% artırılacaq
# 15 oktyabr 2011 16:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsində sənaye və tikinti xərclərinə (dövlət əsaslı vəsait qoyuluşu xərcləri istisna olmaqla) 20 mln. manat və ya 2011-ci illə müqayisədə 20,3% çox vəsait ayrılacaq.

«APA-Economics»in məlumatına görə, bu bölmə üzrə dövlət sifarişi əsasında maliyyələşən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə vəsaitlər nəzərdə tutulur.

O cümlədən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə xərclər 3 mln. manat, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz və Qərb ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Ağstafa və Samux rayonlarından keçən müvafiq sahələrin hərbi sursat qalıqlarından təmizlənməsi üçün 778,8 min manat məbləğində əlavə vəsait nəzərə alınmaqla Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə 8,2 mln. manat, geoloji kəşfiyyat işlərin aparılmasına və faydalı qazıntıların aşkarlanmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 6,5 mln. manat və digər tədbirlərin həyata keçirilməsinə 2,3 mln. manatın ayrılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR