Bank Of Baku

KOICA “Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin (SŞ) İnkişafı” layihəsinə 1 mln. dollar ayırıb

KOICA “Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin (SŞ) İnkişafı” layihəsinə 1 mln. dollar ayırıb
# 17 oktyabr 2011 10:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci Ha və iqtisadi inkişaf naziri Şahin Mustafayev KOICA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) “Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin (SŞ) İnkişafı” layihəsinə dair Qrant Razılaşmasını imzalayıblar.

APA-Economics”in məlumatına görə, Koreya hökuməti adından KOICA layihənin 2011-2012-ci illərdə 18 ay ərzində həyata keçirilməsi üçün 1 mln. dollar həcmində büdcə ayırıb.

Layihənin məqsədləri Azərbaycanda yerli və xarici investisiyaların həvəsləndirilməsinə imkan verən sənaye müəssisələrinin yerləşməsi üçün ərazinin müəyyənləşdirilməsi, sənaye sahələrinin inkişafı və idarə edilməsi üçün təkmilləşdirmə siyasəti və strategiyasının hazırlanması, xüsusi İqtisadi Zonalara dair qanununa yenidən baxılması və siyasətin həyata keçirilməsinin səmərəliliyini və ardıcıllığını təmin etmək üçün gələcək hüquqi və tənzimləyici çərçivənin inkişaf etdirilməsi, institusional və kadr potensialını artırmaqla sənayenin yerləşməsi siyasətini inkişaf etdirmək və XİZ-lərin və SŞ-lərinin inkişafı və idarə edilməsi üçün yeni sistem və institusional quruluşun yaradılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR